Bank Of Baku

Sərdar Cəlaloğlunun hazırladığı “Milli nailiyyət” konsepsiyasında müxalifət partiyaları 4 qrupa bölünüb

Sərdar Cəlaloğlunun hazırladığı “Milli nailiyyət” konsepsiyasında müxalifət partiyaları 4 qrupa bölünüb
# 19 mart 2007 14:38 (UTC +04:00)
Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyasının (ADP) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi partiya rəhbərliyinin hazırladığı “Milli nailiyyət” konsepsiyasını qəbul edib. Bu barədə APA-ya TK-nın sədr müavini Həsrət Rüstəmov məlumat verib. Onun sözlərinə görə, konsepsiyada hazırda Azərbaycanda mövcud olan problemlərin həlli strategiyaları ilə bağlı təkliflər irəli sürülüb. Sənəddə həmçinin partiyanın növbəti mərhələdə atacağı addımlar da müəyyən olunub. Konsepsiyaya bəzi əlavələrin də ediləcəyini bildirən H. Rüstəmov bu səbəbdən onun hələlik mətbuata tam açıqlanmayacağını qeyd edib. İclasda həmçinin parlamentdə baş verən son hadisələr, hökumətin hesabatı müzakirə edilib. Təşkilati məsələlərin müzakirəsi zamanı isə ADP-nin qurultayına hazırlıqla bağlı rayon təşkilatlarında keçirilən konfranslara diqqət yetirilib. Partiyadakı mənbənin APA-ya verdiyi məlumata görə, sözügedən konsepsiyada iqtidar və müxalifət partiyalarına ADP-nin münasibəti öz əksini tapıb. Bu sənədin qəbulu partiyanın yeni siyasi kursu ilə əlaqələndirilib. Sənəddə Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyaları 4 qrupa ayrılıb. ADP-nin bu partiyalara münasibəti də fərqli olacaq. Konsepsiyaya görə, Azərbaycanda radikal, konstruktiv, loyal və yalançı müxalifət partiyaları var. ADP-nin konstruktiv müxalifət partiyaları ilə əməkdaşlığı nəzərdə tutulur. İqtidara loyal olan partiyalarla yalnız ümummilli məsələlərlə əlaqədar əməkdaşlıq ediləcək, siyasi dialoqdan imtina edən partiyalarla isə epizodik əməkdaşlıq mümkün hesab olunur. ADP yalançı müxalifətçilərlə isə hər hansı münasibətlər yaratmaq niyyətində deyil. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR