Bank Of Baku

İsrail Xarici İşlər Nazirliyi Baş Direktorunun siyasi məsələlər üzrə birinci müavini martın 25-də Azərbaycana gələcək

İsrail Xarici İşlər Nazirliyi Baş Direktorunun siyasi məsələlər üzrə birinci müavini martın 25-də Azərbaycana gələcək
# 19 mart 2007 15:22 (UTC +04:00)
İsrail Xarici İşlər Nazirliyi Baş Direktorunun siyasi məsələlər üzrə birinci müavini Yossi Qal martın 25-27-də Azərbaycanda rəsmi səfərdə olacaq. İsrailin Azərbauycandakı səfirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən APA-ya verilən məlumata görə, səfər zamanı israilli diplomat Azərbaycan Prezident Aparatı, Xarici İşlər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin rəsmiləri ilə görüşlər keçirəcək. “Sangəçal” terminalına səfər edəcək Y. Qal, həmçinin, yerli yəhudi icmasının nümayəndələri ilə də görüşəcək. Səfərin yekunlarına dair mətbuat konfransının keçirilməsi nəzərdə tutulub. Azərbaycana rəsmi səfərini başa vurduqdan sonra Y. Qal Özbəkistana yola düşəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR