Bank Of Baku

Müsavat Partiyası növbəti kütləvi aksiyanı aprelin 29-na təyin edib

Müsavat Partiyası növbəti kütləvi aksiyanı aprelin 29-na təyin edib
# 19 mart 2007 15:22 (UTC +04:00)
Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, görülən işlər və partiyadaxili məsələlər müzakirə olunub. Partiyadaxili məsələlərin müzakirəsi zamanı Hollandiyada yaşayan müsavatçıların Hollandiya-Bladel özəyi təsdiqlənib. Enerji daşıyıcılarının qiymətlərinin artması ilə bağlı Tarif Şurasının qərarına etiraz olaraq martın 18-də keçirilmiş mitinqin nəticələri də müzakirə edilib və Divan üzvləri aksiyaların davam etdirilməsinə qərar veriblər. Novbəti mitinq aprelin 29-na təyin olunub. Bu aksiyanın da Həzi Aslanov metrostansiyası Ukrayna meydanı marşrutu ilə keçirilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR