Bank Of Baku

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarına işə qəbul üçün müsabiqə elan edib

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarına işə qəbul üçün müsabiqə elan edib
# 19 mart 2007 15:40 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Statistika Komitəsi, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada mövcud vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edib. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan APA-ya verilən məlumata görə, ümumilikdə 113 vakansiya yeri təqdim olunur. Müsabiqədə iştirak etmək istəyənlər 30 gün müddətində sənədlərini komissiyaya təqdim etməlidirlər. Sənədlər komissiya tərəfindən yoxlanıldıqdan sonra namizədlər müsabiqənin ilk mərhələsi olan test imtahanlarına buraxılacaqlar. İmtahanların nəticələrinə görə müvafiq bal toplayan namizədlər isə II müsahibə mərhələsinə keçəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR