Bank Of Baku

Hüseyn Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi elan edilməyib

Hüseyn Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi elan edilməyib
# 19 mart 2007 16:01 (UTC +04:00)
Martın 16-da Milli Məclisdə baş verən insidentə görə bu gün səhər saatlarında saxlanılan deputat Hüseyn Abdullayevin hüquqlarının müdafiəsi məqsədi ilə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin ofisində tədbir keçirilib. APA-nın məlumatına görə, E. Fətullayev tədbirin əvvəlində onun rəhbərliyi ilə H. Abdullayevin Hüquqlarını Müdafiə Komitəsinin yaranacağını bəyan etsə də, bu, komitənin yaranması baş tutmayıb. H. Abdullayevin vəkili R. Zeynalovun “Hüseyn Abdullayevin valideynləri övladlarının siyasi motivlərlə həbs edilmədiyini bildirirlər” fikri tədbirdə mübahisə doğurub. Vəkilin sözlərindən sonra deputatın siyasi məqsədlərlə həbs olunduğunu bildirən E. Fətullayev, hüquq müdafiəçiləri və digərləri buna etiraz edərək tədbiri yekunlaşdırıblar. E. Fətullayev bildirib ki, H. Abdullayevin valideynləri məsələyə bu şəkildə yanaşmaqda davam etsələr, müdafiə komitəsi fəaliyyət göstərməyə də bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR