Bank Of Baku

Azərbaycan prezidenti əfv fərmanı imzalayıb

Azərbaycan prezidenti əfv fərmanı imzalayıb
# 19 mart 2007 16:45 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumat görə, dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, hüquq-müdafiə təşkilatlarının və Ombudsmanın əfvlə bağlı müraciətlərinə baxaraq, məhkumların səhhətini, ailə vəziyyətini, cəzalarının müəyyən hissəsini çəkdiklərini və s. nəzərə alaraq bu addımı atıb. Fərman ümumilikdə 101-dən çox məhbusa şamil edilib. Fərmana görə, 1999-cu ildə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Kərimov Kəramət Paşa oğlunun cəzası 25 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2006-cı il 12 iyul tarixli hökmü ilə şərti olaraq azadlıqdan məhrumetmə cəzası almış “Yeni fikir” Gənclər Təşkilatının rəhbərlərindən biri Səid Nuriyev cəzasından, 9 məhbus cəzanın çəkilməmiş hissəsindən, 4 məhbus isə cərimə cəzasından azad edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR