Bank Of Baku

Elmar Məmmədyarov: “ABŞ Azərbaycan ərazisində radar yerləşdirmək xahişi ilə bizə müraciət etməyib”

Elmar Məmmədyarov: “ABŞ Azərbaycan ərazisində radar yerləşdirmək xahişi ilə bizə müraciət etməyib”
# 22 mart 2007 10:48 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri İTAR-TASS agentliyinə hazırda ABŞ-da səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. O, bu barədə rəsmi Bakıya heç təklifin daxil olmadığını vurğulayıb.
Qeyd edək ki, Pentaqonun Qafqazda mobil radiolokasiya sistemi quraşdırmaq niyyətində olması barədə Amerikanın Raket Əleyhinə Müfadiə Agentliyinin rəhbəri Henri Oberinq bildirib. O, radarların hansı ölkənin ərizisində quraşdırlacağını açıqlamasa da, bildirilirdi ki, bu məqsədlə ya Azərbaycan, ya da Gürcüstan ərazisindən istifadə oluna bilər. Lakin rəsmi Tiflis də radarların yerləşdirilməsi barədə ABŞ-dan hər hansı təklif almadığını bəyan edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR