Bank Of Baku

Azərbaycanla ABŞ arasında “Enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa dair anlaşma Memorandumu” imzalanıb

Azərbaycanla ABŞ arasında “Enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa dair anlaşma Memorandumu” imzalanıb
# 23 mart 2007 09:50 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatgına görə, ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin sözcüsü Şon Makkormak bildirib ki, Memorandum iki ölkənin hökümətləri və şirkətləri arasında neft və qaz sahəsində mövcud olan yüksək səviyyəli əməkdaşlığı daha da genişləndirərək, qeyd olunan məhsulların qlobal bazara çıxarılmasına kömək edəcək. Ş. Makkormak əlavə edib ki, söhbət Türkiyə-Yunanstan-İtaliya və Nabucco (Türkiyədən başlayaraq, Bolrqarstan, Rumıniya, Macarıstan və Avstriyaya çatması planlaşdırılan) qaz kəmərinin tikintisindən gedir. “Ümumi dəyəri 6 millyard dollar olan bu boru xətləri Avropanın enerji bazarını daha da rəqabətli edəcək”. Bu fikri isə ABŞ Dövlət Katibinin müavini Metyu Brayza imzalanma mərasimindən sonra bəyan edib. O bildirib ki, reallaşdırılması nəzərdə tutulan yeni kəmərlər Rusiya və ya istənilən ikinci dövlətə qarşı yönəlməyib: “Rusiya artıq Türkiyənin 65 faiz mavi yanacağını təmin edir, Avropada isə bu rəqəm 40 faizə barəbərdir. Yəni “Qazprom” artıq bazarın çox böyük hissəsinə sahib çıxıb. Bizim istəyimiz Avropa qaz bazarında rəqabəti artırmaq və onun indiki qeyri-funksional vəziyyətinə son qoymaqdır”.
E. Məmmədyarovun ABŞ-a səfəri davam edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR