Bank Of Baku

Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun araşdırma direktoru: “Transxəzər boru kəməri 2012-2016-ci illərdə reallaşa bilər”

Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun araşdırma direktoru: “Transxəzər boru kəməri 2012-2016-ci illərdə reallaşa bilər”
# 23 mart 2007 13:49 (UTC +04:00)
Bu sözləri APA-nın ABŞ bürosuna eksklüziv müsahibəsində Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun araşdırma direktoru Svante Kornel ötən gün bu mərkəzdə çıxıs edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bəyanatlarını şərh edərkən deyib.
Cənab Kornel əvvəlki səfərlərindən fərqli olaraq, E. Məmmədyarovun ABŞ-da görüşlərinin Rusiya mətbuatında bu dəfə daha çox işıqlandırılmasını təbii adlandırıb. Onun sözlərinə görə, ölkəmizin Rusiya qazından imtina etməsi və Gürcüstana mavi yanacaq ötürməsi Moskvanı Azərbaycanın müstəqil xarici siyasət yürütməsi faktı ilə hesablaşmağa məcbur edib. İnstitut direktoru ölkəmizin ABŞ-da mövqeyinin möhkəmləndiyi, diplomatik və diaspor fəaliyyətinin genişləndiyini bildirərək, sözlərinə sübut kimi Los Anceles şəhərində konsulluğumuzun qurulmasını göstərib: “Kaliforniya ABŞ-ın ən böyük ştatı olmaqla yanaşı, ən böyük iqtisadiyyatıdır. Nəzərə almaq lazımdır ki, burada həm böyük Azərbaycan, həm də erməni diasporu mövcudur. Ona görə Kaliforniyada Azərbaycanın rəsmi nümayindəliyinin aşılmasını mən tarixi qərar hesab edirəm”.
Elmar Məmmədyarovla Kondaliza Rayzın Vaşinqtonda imzaladığı Enerji Təhlükəsizliyi barədə Memorandumun Orta Asiya mavi qazının Avropa bazarlarına cıxışını təmin edəcəyini deyən professor Kornel Transxəzər boru kəmərinin artıq 2012-2016-ci illərə reallaşa biləcəyini söyləyib. O bu kəmərin inşasına pissimist yanaşan insanlara cavab olaraq deyib ki, 10 il əvvəl Bakı-Tiflis-Ceyhan kəmərinin da inşasına inanmamalarına baxmayaraq, hazırda bu boru artıq regionun simvoludur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR