Bank Of Baku

AŞPA İqtisad Komitəsinin toplantısında müzakirə olunan məruzə Azərbaycan nümayəndə heyətinin etirazına səbəb olub

AŞPA İqtisad Komitəsinin toplantısında müzakirə olunan məruzə Azərbaycan nümayəndə heyətinin etirazına səbəb olub
# 26 mart 2007 16:27 (UTC +04:00)
Q. Paşayeva APA-nın Avropa bürosuna bildirib ki, iclasda bir neçə məsələ müzakirə olunub. Bunların arasında 2008-ci il üçün AŞ-nin büdcəsi, Avropa Yenidənqurma və İnkişaf Banki, şərqi və cənub-şərqi Avropaya baxiş məsələləri olub və bu mövzu üzrə xüsusi məruzə dinlənilib. Məruzədə müxtəlif ölkələrlə bağlı da fikir və şərhlər əksini tapıb. Məruzədə Cənubi Qafqazın və ayrıca Azərbaycanın da adı göstərilib, vurğulanıb ki, Cənubi Qafqaz regionu və xüsusilə Azərbaycan son illər çox sürətlə inkişaf edir. BTC-nin fəaliyyətə başlaması ilə Azərbaycanın iqtisadi inkişafının daha da sürətləndiyi bildirilir. Məruzədə Azərbaycan, iqtisadiyyatı dünyada ən güclü inkişaf edən ölkələrdən biri kimi göstərilir və ölkənin strateji əhəmiyyətinin gətdikcə artdığı vurğulanır. Bununla belə, Q. Paşayeva məruzədə Azərbaycanı narahat edən məqamların da olduğunu diqqətə çatdırıb: “Məruzədə Ermənistan iqtisadiyyatından bəhs olunarkən yazılmışdı ki, guya bu ölkənin iqtisadi inkişafına Azərbaycan və Türkiyə tərəfindən tətbiq olunan embarqo mane olur. Müzakirələrdən öncə mən məruzənin müəllifi ilə görüşüb, “embarqo” sözünün doğru ifadə olmadigini bildirdim. Məruzəçinin nəzərinə çatdırdım ki, Azərbaycan Ermənistana qarşı heç bir embarqo qoymayıb, Ermənistanla, sadəcə, iqtisadi əlaqələrimiz yoxdur. Bunun da səbəbini Azərbaycanın 20% ərazisinin Ermənistan tərəfindən işğal olunması, indiyə qədər bu torpaqların işğal altında qalması, Ermənistanın AŞPA-nın 1416 və BMT Təhlukəsizlik Şurasının isə məlum 4 qətnaməsinə məhəl qoymayaraq, işğal etdiyi Azərbaycan ərazilərindən çəkilməməsi ilə izah etdim. Məruzəçinin nəzərinə çatdırdım ki, Azərbaycan işğalçı Ermənistanla heç bir iqtisadi əlaqə qura bilməz”. Q. Paşayeva “embarqo” ifadəsinin “Ermənistanin iqtisadi inkişafına Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələrin olmamasi da təsir gostərir” fikri ilə əvəz edilməsini təklif edib. O, həmçinin, Ermənistanın işğalçılıq siyasətindən əl çəkəcəyi və Azərbaycan ərazilərini qaytaracagi təqdirdə, iqtisadi əlaqələrin gələcəkdə bərpa oluna və qurula biləcəyini də vurgulayib. Müzakirələr zamanı məruzəçi Q. Paşayevanın təklifini toplantı iştirakçılarının diqqətinə çatdırıb: “Yalnız yunan kiprinin nümayəndə heyətinin üzvü bu təklifin əleyhinə çıxdı. Müzakirələr zamanı Türkiyə nümayəndə heyətinin üzvü də Azərbaycanın mövqeyini təsdiqləyərək, bu təklifin düzgün olduğunu bildirdi, söylədi ki, Türkiyənin də Azərbaycan kimi, Ermənistanla iqtisadi əlaqələri yoxdur və bunun səbəbləri siyasi xarakterlidir, bu, heç də embarqo deyil”.
Q. Paşayeva onu da qeyd edib ki, məruzəşi özü də Azərbaycan tərəfinin bu təklifini müsbət qarşılayıb və məruzədəki “embarqo” ifadəsini “Ermənistanın iqtisadi inkişafına Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələrin olmamasi təsir gostərir” fikri ilə əvəzləyəcəyinə söz verib.
Qeyd edək ki, müzakirə edilən bu məruzə AŞPA-nın iyun sessiyasının gündəliyinə salınacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR