Bank Of Baku

Mühsin Yazıçıoğlu: “Türk milliyyətçilərinə qarşı olan qüvvələr “Hrant Dink cinayətinin arxasında Azərbaycan da ola bilər” fikrini irəli sürürlər”

Mühsin Yazıçıoğlu: “Türk milliyyətçilərinə qarşı olan qüvvələr “Hrant Dink cinayətinin arxasında Azərbaycan da ola bilər” fikrini irəli sürürlər”
# 27 mart 2007 08:24 (UTC +04:00)
Bu açıqlamanı APA-nın Türkiyə bürosuna Böyük Birlik Partiyasının sədri Mühsin Yazıçıoğlu verib. O, Türkiyədə milliyyətçilərin əleyhinə olan qüvvələrin Hrant Dink cinayətindən vasitə kimi istifadə etmək istədiyini vurğulayıb: “Ancaq biz bu cinayətdən türk milliyyətçilərinə təhqir, böhtan və təzyiq kimi istifadə edilməsinə yol verə bilmərik. Həm də bu kampaniya tək bizimlə məhdudlaşmır. Artıq həmin qüvvələr “Bu cinayətin arxasında Azərbaycan da ola bilər” fikrini irəli sürürlər. Ermənilər bu minvalla öz cinayətlərini ört-basdır etməyə çalışırlar. 15 il əvvəl Xocalıda həyata keçirilən soyqırımından danışan yoxdur, halbuki, əsl soyqırımı Xocalıda həyata keçirilib. Ermənilər hələ də işğal etdikləri Azərbaycan torpaqlarından çıxmayıblar. Dünya isə baş verən hadisələrə biganədir Dağlıq Qarabağdan qaçqın düşmüş bir milyon insanın səsini eşidən yoxdur”. Mühsin Yazıçıoğlu Ermənistanın beynəlxalq hüquq normalarına riayət etmədiyini bildirib: “Ermənistanın o torpaqlardan öz xoşu ilə çıxacağına dair bir işarə belə yoxdur. Türkiyə və Azərbaycan iradə nümayiş etdirsələr, ermənilər gec-tez işğal etdiyi torpaqları boşaldacaqlar. Çünki Türki ilə sərhədlər açılmadan və Azərbaycanla mehriban qonşuluq münasibəti qurmadan Ermənistanın yaşaması mümkün deyil. Türkiyə Ermənistanla sərhədləri açmamalı və İrəvanla heç bir münasibətə girməməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR