Bank Of Baku

Müsavat başqanı İsa Qəmbər Belarusun “Azadlıq günü” münasibətilə keçirilən mitinqdə iştirak edib

Müsavat başqanı İsa Qəmbər Belarusun “Azadlıq günü” münasibətilə keçirilən mitinqdə iştirak edib
# 27 mart 2007 08:58 (UTC +04:00)
Müsavat Partiyasının başqanı İsa Qəmbər Belarusa səfərini yekunlaşdırıb və ötən gecə Bakıya qayıdıb. Bu barədə APA-ya Müsavat Partiyasının mətbuat xidmətindən məlumat verilib. Belarusun “Azadlıq günü”nün qeyd olunmasında iştirak etmək üçün sözügedən ölkənin müxalifətinin lideri Aleksandr Milinkeviçin dəvəti ilə martın 24-də Minskə getmiş İsa Qəmbər bir sıra tədbirlərdə iştirak edib. Müsavat başqanı martın 25-də Belarus müxalifətinin Milli Elmlər Akademiyasının binası önündə keçirdiyi mitinqdə də qatılıb. ABŞ, Almaniya, Çexiya, Slovakiya, Polşa, Rumıniya və bir sıra ölkələrin səfirləri də aksiya keçirilən meydana gəliblər. İsa Qəmbər aksiyada çıxış edib. Səfər çərçivəsində Müsavat başqanı bir sıra görüşlər də keçirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR