Bank Of Baku

Xələf Xələfov: “Sərhədlərin dəqiqləşdirilməsi məsələsində Gürcüstana nisbətən Rusiya ilə danışıqlarda daha çox irəliləyiş əldə etmişik”

Xələf Xələfov: “Sərhədlərin dəqiqləşdirilməsi məsələsində Gürcüstana nisbətən Rusiya ilə danışıqlarda daha çox irəliləyiş əldə etmişik”
# 27 mart 2007 09:38 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə xarici işlər nazirinin müavini Xələf Xələfov verib. O, Azərbaycan və Gürcüstanın sərhədlərinin delimitasiyası komissiyalarının son görüşündə müəyyən uğurlar əldə olunduğunu bildirib: “Bəzi ərazilər artıq razılaşdırılıb. Delimitasiya məsələləri üzrə növbəti görüşümüz Gürcüstanda keçiriləcək, buna qədər ekspertlər sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı bəzi proseduraları həyata keçirməlidirlər”. Sərhəddə yerləşən David Qareci monastırına turist zonası statusu veriləcəyi ilə bağlı məlumatlara münasibət bildirən Xələf Xələfov bu məsələnin onun rəhbərlik etdiyi komissiyanın səlahiyyətinə daxil olmadığını deyib: “Delimitasiya komissiyası bu məsələlərlə məşğul olmur. Biz yalnız sərhədlərin dəqiqləşdirilməsi prosesini həyata keçirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR