Bank Of Baku

Xələf Xələfov: “Türkmənistanla münasibətlərimizin inkişafı üçün böyük imkanlar var”

Xələf Xələfov: “Türkmənistanla münasibətlərimizin inkişafı üçün böyük imkanlar var”
# 27 mart 2007 09:47 (UTC +04:00)
“Türkmənistanla münasibətlərimiz normal səviyyədədir və əlaqələrin inkişafı üçün böyük imkanlar var. Bunun üçün hər iki tərəfdə siyasi iradə mövcuddur. Razılaşdırılmamış yeganə məsələ Xəzərin statusudur və yaxın gələcəkdə bu məsələ müzakirə ediləcək”. APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Azərbaycanda Türkmənistan səfirliyinin olmaması məsələsinə toxunan X. Xələfov bu ölkənin diplomatik nümayəndəliyinin maliyyə problemləri ilə bağlı Aşqabada köçürüldüyünü xatırladıb: “Ümid edirik ki, diplomatik nümayəndəliyin Bakıda fəaliyyəti yaxın gələcəkdə bərpa olunacaq. Hər iki tərəf bunda maraqlıdır”. Aşqabadda Azərbaycan səfirliyinin fəaliyyət göstərdiyini qeyd edən nazir müavini bunun ikitərəfli münasibətlərdə vacib rol oynadığını söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR