Bank Of Baku

İraq Türkləri Mədəniyyət və Yardımlaşma Mərkəzinin sədri: “İraq türkmənlərinin hüquqlarının bərpası üçün türk dövlətlərinin birliyinə ehtiyac var”

İraq Türkləri Mədəniyyət və Yardımlaşma Mərkəzinin sədri: “İraq türkmənlərinin hüquqlarının bərpası üçün türk dövlətlərinin birliyinə ehtiyac var”
# 27 mart 2007 11:37 (UTC +04:00)
“İraq ABŞ başda olmaqla imperialist qüvvələr tərəfindən işğal olunub. Dörd il ərzində də gördük ki, demokratiya haqda verilən vədlər uydurmadır. Bunun acı nəticələrini İraq xalqı indi çəkməkdədir”. Bu sözləri APA-ya açıqlamasında İraq Türkləri Mədəniyyət və Yardımlaşma Mərkəzinin sədri Kamal Boyatlı deyib. K. Boyatlının sözlərinə görə, ABŞ-ın diqtəsi ilə yeni formalaşdırılan qondarma İraq hökumətinin qanunları İraq ərazisində yaşayan xalqları parçalamağa yönəlib və artıq bu səylər öz nəticəsini verib. O, İraq Konstitusiyasında türkmənlərin hüquqlarının pozulduğunu da bildirib: “Türkmənlər İraqda sayca üçüncü millətdir və bizə bu saya uyğun imkanlar yaradılmalıdır. Siyasi təşkilatlarımız türkmənlərin tarixi, coğrafi, mədəni və insan haqları uğrunda mübarizələrini davam etdirəcəklər”. K. Boyatlı İraq türkmənlərinin hüquqlarının bərpası üçün türk dövlətlərinin birliyinə ehtiyac olduğunu da söyləyib: “Türkiyə və Azərbaycanın birgə mübarizəsi İraq türkmənlərini sevindirir. Ümid edirik ki, digər türk dövlətləri də bu iki dövlətin arxasınca gedəcək və proses türk birliyinin yaradılması ilə nəticələnəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR