Bank Of Baku

ADP-nin hər iki hissəsində qurultaya hazırlıq gedir

ADP-nin hər iki hissəsində qurultaya hazırlıq gedir
# 27 mart 2007 12:27 (UTC +04:00)
Rəsul Quliyevin rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyası (ADP) bu günə qədər 43 rayon təşkilatında qurultaya hazırlıq üzrə konfranslar keçirib. Bu barədə APA-ya partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Akif Şahbazov məlumat verib. Onun sözlərinə görə, bu vaxta kimi keçirilən konfranslarda 300-dən artıq qurultay nümayəndəsi seçilib. Konfranslar aprelin 5-nə kimi davam edəcək və bu müddətdə daha 15 rayon təşkilatında konfrans olacaq. A. Şahbazov konfrans keçirilən rayonlarda Sərdar Cəlaloğlunun tərəfdarlarının onlara hər hansı problem yarada bilmədiklərini deyib: “Biz müəyyən çətinliklərin ola biləcəyini düşünürdük. Amma prosesin gedişində onlar bizə heç bir problem yarada bilmədilər”. A. Şahbazov qurultayın aprelin 14-nə təyin olunduğunu bildirib və müvafiq yerin ayrılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edildiyini söyləyib. Hələlik şəhər rəhbərliyi müraciətə cavab verməyib.
ADP-nin Sərdar Cəlaoğlunun rəhbərlk etdiyi hissəsi də qurultaya hazırlıq işləri aparır. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Həsrət Rüstəmovun APA-ya verdiyi məlumata görə, artıq bir sıra rayon təşkilatlarında konfranslar keçirilib. Yerli təşkilatların konfranslarının keçirilməsi zamanı heç bir ciddi problemlə qarşılaşmadıqlarını vurğulayan H. Rüstəmov prosesin aprelin sonuna kimi davam edəcəyini və qurultayın mayın ikinci yarısında keçiriləcəyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR