Bank Of Baku

Sovet dövrünün torpaq xəritələri bərpa edildikdən sonra David Qareci kilsəsi ilə bağlı problem həll oluna bilər

Sovet dövrünün torpaq xəritələri bərpa edildikdən sonra David Qareci kilsəsi ilə bağlı problem həll oluna bilər
# 27 mart 2007 13:24 (UTC +04:00)
Gürcüstanla Azərbaycan arasında sərhədlərin delimitasiyası zamanı David Qareci (Keşikçi dağı) kilsəsinin hansı ölkənin ərazisində qalacağı ilə bağlı məsələ hələlik həllini tapmayıb. Bunu APA-ya açıqlamasında Milli Məclis yanında Toponomiya Komissiyasının sədri, akademik Budaq Budaqov deyib. Onun sözlərinə görə, hazırda sərhədlərin delimitasiyası üzrə hökumətlərarası komissiya bu məsələnin üzərində işləyir: “Bizdə sovet dövrünün torpaq xəritələri var. İndi bu xəritələr bərpa edilir. Onlar bərpa ediləndən sonra müəyyən qərara gəlinəcək. Hələlik məsələ açıq qalır”. B. Budaqov həmin ərazinin hər iki ölkə üçün önəmli olduğunu vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR