Bank Of Baku

Milli Məclisdə baş vermiş dava və Hüseyn Abdullayevin həbsi AŞPA həmməruzəçilərinin məruzəsinə salınıb

Milli Məclisdə baş vermiş dava və Hüseyn Abdullayevin həbsi AŞPA həmməruzəçilərinin məruzəsinə salınıb
# 27 mart 2007 14:00 (UTC +04:00)
Bu barədə APA-ya eksklüziv açıqlamasında məlumat verən A. Herkel bildirib ki, Monitorinq Komitəsinin sabah Strasburqda keçiriləcək iclasında həmkarı Toni Lloydla birgə Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə dair məruzə ilə çıxış edəcək. Həmməruzəçilərin ilkin məruzəsinə Azərbaycanın təqdim etdiyi cavaba münasibət bildirən A. Herkel deyib ki, rəsmi Bakıdan daha geniş cavab gözləyirmiş. O, sabah edəcəyi məruzədə tənqidi məqamların üstünlük təşkil edəcəyini bildirib. Həmməruzəçi Milli Məclisdə deputatlar arasında baş vermiş əlbəyaxa dava və Hüseyn Abdullayevin həbsinə də məruzədə yer ayrıldığını qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR