Bank Of Baku

ADP razılaşdırılmamış mitinqlərdə iştirak etməyəcək

ADP razılaşdırılmamış mitinqlərdə iştirak etməyəcək
# 15 may 2007 13:49 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) bundan sonra hakimiyyətlə razılaşdırılmamış mitinqlərdə iştirak etməyəcək. Bu barədə APA-ya partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu məlumat verib. Onun sözlərinə görə, partiya konstruktiv mövqe tutmaq barədə qərar qəbul edib, bu mövqe ilə razılaşdırılmamış aksiyalarda iştirak etmək bir araya sığmır: “Bundan sonra biz yalnız razılaşdırılmış aksiyalarda sivil qaydada iştirak edəcəyik. Bu vaxta qədər hakimiyyətlə razılaşdırılmamış mitinqlərdə ən fəal iştirak edən partiya məhz ADP olub. Amma bunun nəticə vermədiyini gördüyümüzdən taktikamızda dəyişiklik etmişik”. S. Cəlaloğlu bildirib ki, digər partiyalar da nəticə verməyən addımlardan çəkinməli, daha effektli yol seçməlidirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR