Bank Of Baku

AMİP mayın 26-da İran səfirliyinin binası qarşısına piket təyin edib

AMİP mayın 26-da İran səfirliyinin binası qarşısına piket təyin edib
# 15 may 2007 13:49 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) mayın 26-da İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçirmək barədə qərar verib. Partiyanın sədri Ayaz Rüstəmov APA-ya bildirib ki, yaxın günlərdə aksiya ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediləcək. A. Rüstəmov bu vaxta qədər partiyanın İran səfirliyi qarşısında təyin etdiyi aksiyaya şəhər rəhbərliyi tərəfindən razılıq verilmədiyini deyib. O, razılıq verilməyəcəyi halda belə, aksiyanın mütləq keçiriləcəyini bildirib. A. Rüstəmov aksiyada İranda yaşayan azərbaycanlılara ana dilində təhsil almaq hüququnun verilməsi, həbs edilən cənublu soydaşlarımızın azad olunması tələbinin irəli sürüləcəyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR