Bank Of Baku

Sabah Varşavada ATƏT-in insan ölçüsü üzrə üçgünlük seminarı öz işinə başlayır

Sabah Varşavada ATƏT-in insan ölçüsü üzrə üçgünlük seminarı öz işinə başlayır
# 15 may 2007 14:52 (UTC +04:00)
Sabah Varşavada insan ölçüsü üzrə üçgünlük seminar keçiriləcək. Bu barədə APA-ya ATƏT-in Bakı Ofisindən məlumat verilib. Seminara ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Kristian Ştrohalın sədrlik edəcəyi gözlənilir. Seminar “İştirak və nümayəndəlilik: müasir siyasi həyatda tendensiyalar”, “Siyasi iştirakın yaxşılaşdırılması yolları”, “Demokratik seçki proseslərinin nümayəndəliliyin genişləndirilməsində rolu”, “Demokratik cəmiyyətlərdə milli azlıqların və kiçik qrupların təmsilçiliyi” adlı dörd işçi qrup şəklində fəaliyyət göstərəcək. Bundan başqa seminarda “Cənubi Qafqaz və Mərkəzi Asiyada qadınların siyasi iştirakı tendensiyaları və çağırışlar” mövzusunda müzakirələrin aparılması da nəzərdə tutulub. Seminara Azərbaycandan bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR