Bank Of Baku

Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin Bakı-Tiflis-Qars dəmir yolu xətti layihəsinin həyata keçirilməsi üzrə səlahiyyətli nümayəndələrinin görüşü keçirilib

Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin Bakı-Tiflis-Qars dəmir yolu xətti layihəsinin həyata keçirilməsi üzrə səlahiyyətli nümayəndələrinin görüşü keçirilib
# 15 may 2007 15:04 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, görüşdə BTQ layihəsinin həyata keçirilməsi istiqamətində tərəflərin gördüyü işlər barədə məlumatlar dinlənilib, layihənin həyata keçirilməsi üzrə görülməsi nəzərdə tutulan məsələlər, Tədbirlər Planının hazırlanması müzakirə edilib. Gün ərzində davam edən müzakirələrdə BTQ-nin Əlaqələndirmə Şurasının Əsasnaməsi və yolun Marabda-Türkiyə sərhədinə qədər dəmir yolu sahəsinin tikintisi və bərpası üzrə Layihə İdarəetmə Qrupunun Əsasnaməsi layihələrinin yekun variantlarına baxılıb.
Nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə açıqlamasında deyib ki, toplantıda Qarsdan Gürcüstan sərhədinə qədər olan yolun tikintisi, “Marabda-Kars dəmir yolları” Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili, smeta sənədlərinin Koordinasiya Şurasına çıxarılması məsələləri müzakirə olunacaq. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR