Bank Of Baku

Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesi mayın sonunda başa çatacaq

Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesi mayın sonunda başa çatacaq
# 15 may 2007 15:07 (UTC +04:00)
Mayın sonuna kimi seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatacaq. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. Onun sözlərinə görə, hazırda siyahılar MSK-da araşdırılır və proses yekunlaşmaq üzrədir. O, siyahılar dəqiqləşdikdən sonra MSK-nın iclasında təsdiq olunacağını və məntəqələrə göndəriləcəyini bildirib. A. Sarıyev siyahılarda artımın olacağını istisna etməyib. Onun sözlərinə görə, hər il siyahıların dəqiqləşməsi prosesi aparılır və nəticədə rəqəmlərdə dəyişiklik ortaya çıxır. Seçici siyahıları təsdiq olunduqdan sonra MSK-nın saytında yerləşdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR