Bank Of Baku

Sabir Rüstəmxanlı xarici işlər nazirinin müavini Xələf Xələfovdan David Qareci kompleksinin taleyi ilə bağlı məlumat istəyib

Sabir Rüstəmxanlı xarici işlər nazirinin müavini Xələf Xələfovdan David Qareci kompleksinin taleyi ilə bağlı məlumat istəyib
# 15 may 2007 15:08 (UTC +04:00)
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı David Qareci monastır kompleksinin Gürcüstana verilməsi ilə bağlı ilkin razılaşmanın olduğuna dair məlumatlarla əlaqədar xarici işlər nazirinin müavini Xələf Xələfova müraciət edib. VHP-dən APA-ya verilən məlumata görə, millət vəkili müraciətində bildirib ki, bu tarixi monastır alban kilsəsidir və Gürcüstana heç bir aidiyyəti yoxdur: “David Qareci kompleksi çox həssas məqamdır və bu məsələdə XİN-in bu vaxta qədər göstərdiyi prinsipiallığı həmişə qiymətləndirmişik. Belə bir məlumatın ictimaiyyətə təqdim edilməsi təbii ki, bizi narahat etməyə bilməz. Bunları nəzərə alaraq sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı Gürcüstanla aparılan danışıqlar barədə müfəssəl məlumat verməyinizi xahiş edirəm”.
Xatırladaq ki, Gürcüstan prezidenti Mixail Saakaşvili David Qareci kompleksinin taleyi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevlə razılığa gəldiklərini bildirib. Onun sözlərinə görə, kompleks tamamilə Gürcüstan ərazisində, strateji yüksəkliklər isə Azərbaycanda qalacaq, /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR