Bank Of Baku

Azərbaycan Xalq Cəbhəsi Partiyası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə bağlı məhkəməyə müraciət edəcək

Azərbaycan Xalq Cəbhəsi Partiyası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə bağlı məhkəməyə müraciət edəcək
# 15 may 2007 15:08 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə bağlı məhkəməyə müraciət edəcək. Bu barədə APA-ya AXCP-nin Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli məlumat verib. Onun sözlərinə görə, komitə partiyanın qərargahla təmin olunması ilə bağlı müraciətinə verdiyi cavabla “Siyasi partiyalar haqqında” qanunu pozub. AXCP-nin Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Keşlə qəsəbəsində partiya üçün ayırdığı binadan imtina etdiyini və partiyanın əşyalarının binadan çıxarılması zamanı akt tərtib olunduğu xatırladan Q. Əlibəyli qurumun yenidən həmin binanı partiyaya təklif etməsini absurd sayır: “İstənilən halda biz həmin binanı götürməyəcəyik. Biz qanuna uyğun olaraq komitə tərəfindən şəhərin mərkəzində yer ayrılmasını tələb edirik”. Q. Əlibəyli DƏİEDK-nin binası qarşısında partiyanın kütləvi aksiyalara başlayacağını da istisna etməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR