Bank Of Baku

VHP Xarici İşlər Nazirliyindən David Qareci monastır kompleksinin Gürcüstana verilməsi ilə bağlı məlumatlara aydınlıq gətirməsini istəyib

VHP Xarici İşlər Nazirliyindən David Qareci monastır kompleksinin Gürcüstana verilməsi ilə bağlı məlumatlara aydınlıq gətirməsini istəyib
# 15 may 2007 15:17 (UTC +04:00)
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı David Qareci monastır kompleksinin Gürcüstana verilməsi ilə bağlı məlumatlarla əlaqədar Xarici İşlər Nazirliyinə (XİN) müraciət edib. VHP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə bununla bağlı xarici işlər nazirinin müavini Xələf Xələfovdan məsələyə aydınlıq gətirilməsi istənilib: “Ölkə mətbuatında Gürcüstan prezidenti Mixail Saakaşvilinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı işlətdiyi “”¦Biz razılaşdıq ki, yaxın vaxtda bizim işçi qruplarımız görüşsün. Azərbaycan üçün böyük daxili əhəmiyyətə malik olan strateji yüksəklik Azərbaycanda qalacaq. David Qareci monastır kompleksinə gəldikdə isə o, bütünlüklə Gürcüstan ərazisində olmalıdır” - sözlərini əsas gətirərək bu tarixi abidənin Gürcüstana verilməsi ilə əlaqədar ilkin razılaşmanın olduğuna dair məlumatlar yayılıb. Bu tarixi monastır alban kilsəsidir və Gürcüstana heç bir aidiyyəti yoxdur. Bunları nəzərə alaraq, sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı Gürcüstanla aparılan danışıqlar barədə müfəssəl məlumat verməyinizi xahiş edirəm”. Qarabağ Azadlıq Təşkilatının (QAT) bu məsələ ilə əlaqədar bəyanatında isə Azərbaycan hakimiyyətindən açıqlama istənilib: “Milli maraqlara bu şəkildə etinasızlıq, xüsusilə də ərazi məsələsində hər hansı güzəştlərə gedilməsi yolverilməzdir. Azərbaycan bu günə qədər Gürcüstana bir çox məsələlərdə güzəştə gedib, hər dəfə də həmin güzəştlərin heç az qisimdə də qarşılığını ala bilməyib. Bu məsələ Azərbaycanın ərazi bütövlüyü ilə bağlıdır və burada hər hansı ərazi güzəştlərindən söhbət gedə bilməz. Gürcüstanın özünün mövcud olduğu ərazilərin yarıdan çoxu tarixi Azərbaycan torpaqlarıdır. Gürcüstan hakimiyyəti bunu yaddan çıxarmamalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR