Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının toplantısı keçirilib

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının toplantısı keçirilib
# 15 may 2007 15:25 (UTC +04:00)
Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının toplantısı keçirilib. DUİ-dan APA-ya verilən məlumata görə, toplantıda qurumun əsasnamə və fəaliyyət proqramının müzakirəsi davam etdirilib və mayın 24-də təşkilatın təşəbbüsü ilə keçiriləcək “Qarabağ Forumu”na hazırlıq işləri nəzərdən keçirilib. Yığıncaqda DUİ İranın azərbaycanlılar yaşayan şəhərlərində 22 may hadisələrinin ildönümü ilə bağlı bəyanat da qəbul edilib. Bəyanatda baş verənlərə beynəlxalq təşkilatlar tərəfindən hüquqi qiymət verilməsi istənilib və İran dövlətinin azərbaycanlılarla bağlı siyasəti pislənilib: “Demokratiya Uğrunda İttifaq demokratiya və insan haqlarının heç bir dövlətin daxili işi olmadığını əsas gətirərək, İran hökumətini 35 milyonluq Azərbaycan türkünün milli və insani haqlarına hörmət göstərməyə çağırır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR