Bank Of Baku

GUAM sammitinə 30-a yaxın ölkə və beynəlxalq təşkilat dəvət olunub

GUAM sammitinə 30-a yaxın ölkə və beynəlxalq təşkilat dəvət olunub
# 15 may 2007 15:34 (UTC +04:00)
XİN Mətbuat Mərkəzinin rəhbəri Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, sammitdə Türkiyə, ABŞ, Latviya, Litva, Estoniya, Bolqarıstan, Rumıniya, Polşa, Qazaxıstan, Türkmənistan, Slovakiya, İsveç, Portuqaliya, Yunanıstan, İtaliya, Avstriya, Almaniya, Yaponiya, Çin, Cənubi Koreya, BMT, Avropa Birliyi, Avropa Komissiyası, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, NATO, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və UNESCO təmsilçilərinin də iştirakı gözlənilir. İyunun 16-17-də GUAM Milli Əlaqələndiricilər Şurasının, iyunun 18-də üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasları keçiriləcək. Zirvə toplantısı isə iyunun 19-da olacaq. Sammit çərçivəsində “GUAM-ABŞ” və “GUAM-Yaponiya” görüşləri də nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR