Bank Of Baku

Bakı Kəndlər Birliyi: “Hacı Cəbrayıl Əlizadənin Azərbaycan Yolu Siyasi Hərəkatı ilə heç bir əlaqəsi yoxdur”

Bakı Kəndlər Birliyi: “Hacı Cəbrayıl Əlizadənin Azərbaycan Yolu Siyasi Hərəkatı ilə heç bir əlaqəsi yoxdur”
# 15 may 2007 15:55 (UTC +04:00)
Bakı Kəndlər Birliyi (BKB) Azərbaycan Yolu Siyasi Hərəkatının (AYSH) mayın 12-də keçirilən yürüş-mitinqində iştirak etmədiyi barədə bəyanat yayıb. BKB mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda qurumun bu aksiyada iştirak etməsi haqda yayılan informasiyaların həqiqətə uyğun olmadığı diqqətə çatdırılıb: “Azərbaycan Yolu Siyasi Hərəkatının mayın 12-də keçirilmiş yürüş-mitinqində Bakı Kəndlər Birliyi və onun nümayəndələri iştirak etməyiblər. Bu barədə yayılmış məlumatlar həqiqətə uyğun deyib. Birliyin heç bir üzvü bu aksiyaya dəstək verməyib. Bakı Kəndlər Birliyinin sədri Hacı Cəbrayıl Əlizadənin isə Azərbaycan Yolu Siyasi Hərəkatı ilə heç bir əlaqəsi yoxdur”. AYSH-nın sədr müavini Taleh Əliyev isə Bakı Kəndlər Birliyinin adından heç vaxt simulyasiya etmədiklərini deyib: “Həmin mitinqdə Bakı Kəndlər Birliyinin adından heç kim iştirak etməyib. Sadəcə, aksiyada Bakı kəndlərindən olan adamlar iştirak ediblər və bu şəxslərin də bu quruma heç bir aidiyyatı yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR