Bank Of Baku

Müsavat Partiyası növbəti yürüş-mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib

Müsavat Partiyası növbəti yürüş-mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib
# 15 may 2007 16:15 (UTC +04:00)
Müsavat Partiyası mayın 27-də növbəti yürüş-mitinq keçirmək üçün bu gün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu barədə APA-ya partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, aksiyanın saat 16.00-da Həzi Aslanov metrostansiyasının qarşısından yürüşlə başlaması və Ukrayna meydanında mitinqlə davam etməsi nəzərdə tutulub. Müraciətdə aksiyada 10 min nəfərin iştirakının planlaşdırıldığı qeyd olunub. A. Hacılı bildirib ki, yürüş-mitinqdə enerji daşıyacalarının qiymətlərinin və kommunal xərclərin artırılması ilə bağlı Tarif Şurasının bu ilin yanvarında qəbul olunmuş qərarının ləğv edilməsi tələb olunacaq. A. Hacılı onu da bildirib ki, aksiyaya hazırlıq məqsədi ilə bu gün partiya başqanı İsa Qəmbərin iştirakıyla Mitinq Komitəsinin toplantısı keçirilib. İclasda yerli təşkilatlara mitinq hazırlığı ilə bağlı tapşırıqların verilməsi qərara alınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR