Bank Of Baku

İslam Konfransı Təşkilatının xarici işlər nazirləri Şurasına sədrlik Azərbaycandan Pakistana keçib

İslam Konfransı Təşkilatının xarici işlər nazirləri Şurasına sədrlik Azərbaycandan Pakistana  keçib
# 15 may 2007 16:50 (UTC +04:00)
Azərbaycanın Pakistandakı səfirliyinin müşaviri Sabir Rzayev APA-ya eksklüziv açıqlamasında toplantıda iştirak edən Şuranın sədri, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun çıxış etdiyini bildirib. XİN başçısı Azərbaycanın İKT-yə sədrliyi dövrində keçirilmiş tədbirlər barədə məlumat verib. Daha sonra İslam Konfransı Təşkilatının (İKT) xarici işlər nazirləri Şurasına sədrlik Azərbaycandan Pakistana keçib. Bugunkü iclasda Pakistanın prezidenti Pərviz Müşərrəf də çıxış edib. S. Rzayevin sözlərinə görə, Şuranın sabahkı iclasında Azərbaycanla bağlı hazırlanmış üç qətnamə layihəsi müzakirə olunacaq.
Azərbaycan XİN isə bu tədbir çərçivəsində Elmar Məmmədyarovun Türkiyə, Misir, Pakistan, İran və Qazaxıstan nümayəndə heyətlərinin başçıları ilə kuluarlarda görüşməsi barədə məlumat yayıb. Görüşlərdə ikitərəfli münasibətlər, İKT çərçivəsində islahatlar, eyni zamanda yeni Əsasnamə müzakirə olunub.
Keçən ilin iyun ayında Bakıda keçirilmiş 33-cü konfransda sədrliyi qəbul etmiş
Azərbaycan bir sıra təşəbbüslərlə çıxış edib. Görüşlərdə İKT-də islahatlar çərçivəsində daha çox qurumun adı ilə bağlı müzakirələr aparılıb. E. Məmmədyarov İKT-nin Müsəlman Ölkələri Təşkilatı (Organization of Muslim Countries) adlandırılmasını təklif edib. Əsas ikitərəfli görüşlər isə sabah keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR