Bank Of Baku

Sərdar Cəlaloğlu: “Təkliflərimizi qəbul edən istənilən prezidentliyə namizədi dəstəkləyə bilərik”

Sərdar Cəlaloğlu: “Təkliflərimizi qəbul edən istənilən prezidentliyə namizədi dəstəkləyə bilərik”
# 16 may 2007 09:15 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) mayın 27-də keçiriləcək qurultayında 2008-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı müzakirələr aparılacaq. Bu barədə APA-ya partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu məlumat verib. Onun sözlərinə görə, qurultayda prezident seçkiləri ilə bağlı qərarlar qəbul olunacaq. Artıq bununla bağlı layihələrin hazırlandığını da bildirən S. Cəlaloğlu seçkidə iştirakın detalları ilə bağlı qərarların Al Məclisdə qəbul olunacağını qeyd edib: “Qurultay ümumi strateji xətti müəyyən edəcək. Namizədlərin irəli sürülməsi, seçki blokları yaratmaq, bloklara qoşulmaq barədə məsələlər isə Ali Məclisdə həll olunacaq. Hazırda partiyada belə fikir var ki, ADP-nin özünün namizədi olsun. Biz isə müxalifətin ümumi namizədinin olmasına çalışacağıq, əgər bu alınsa, prosesdə fəal iştirak edəcəyik. Mümkün olmasa, blok şəklində namizədlərin irəli sürülməsinə çalışacağıq. Bu da olmasa, seçkilərdə iştirakımızın bir formasını tapacağıq”. S. Cəlaloğlu növbəti seçkilərdə blok yaratmaq üçün partiyada müəyyən ideyaların olduğunu da qeyd edib. Onun sözlərinə görə, bəzi partiyaların buna cəlb olunması da nəzərdə tutulur. Bu istiqamətdə qurultaydan sonra konkret addımların atılacağını deyən S. Cəlaloğlu yalnız ADP-nin yeni strategiyasını qəbul edən, ona tolerant yanaşan və gələcək seçki platformasında ADP-nin təkliflərini nəzərə alan partiya ilə bir blokda ola biləcəklərini vurğulayıb: “Bizim fikirlərimizi qəbul edən istənilən namizədi dəstəkləyə bilərik. Hakimiyyət tərəfindən də belə bir təklif gəlsə, dəyərləndirərik. Əgər bizə təklif gələrsə və bizim təkliflərimiz nəzərə alınarsa, İlham Əliyevin namizədliyinin müdafiəsi partiyada müzakirə oluna bilər. Düzdür, bu barədə necə qərar qəbul olunacağı ilə bağlı indidən fikir bildirmək olmaz, bu, Məclisin səlahiyyətindədir. Amma biz məsələni müzakirə edə bilərik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR