Bank Of Baku

Araz Əzimov: “Rusiyanın ilk notaya cavabından görünür ki, Moskva məsuliyyəti boynuna almaq istəmir”

Araz Əzimov: “Rusiyanın ilk notaya cavabından görünür ki, Moskva məsuliyyəti boynuna almaq istəmir”
# 16 may 2007 11:47 (UTC +04:00)
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov verib. “Notaya verilən cavabda Rusiya tərəfi ölkədə senzura mövcud olmadığına görə telekanalla heç bir rəsmi əlaqəsi olmadığını bildirir və buna görə məsuliyyət daşımadığını deyirlər. Lakin RTR telekanalının siyasi oriyentasiyası və hüquqi əsaslarını təhlil etdikdə başa düşmək olar ki, bu, bilavasitə dövlətin rəsmi bir telekanalıdır. Rusiyanın telekanallarında verilən bəyanatlar Moskvanın dost ölkə adlandırdığı Azərbaycanın maraqlarına zidd olmamalı, Azərbaycanın dövlətçiliyinə, suverenliyinə hansısa formada toxunmamalıdır”. Rusiya Xarici İşlər Nazirliyi ilə keçirilmiş məsləhətləşmələr barədə məlumat verən nazir müavini RTR telekanalı və Rusiya Böyük Ensiklopediyası ilə bağlı narazılığı qarşı tərəfə şifahi şəkildə də çatdırıldığını deyib: “Biz bu məsələni Moskvada keçirilən məsləhətləşmələr zamanı şifahi şəkildə də bildirdik. Gələn həftə Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya səfər edəcək. Səfər zamanı yüksək və ən yüksək səviyyədə danışıqlar aparılacaq və bu kimi məsələlərə diqqət yetiriləcəkdir”. Araz Əzimov əlavə edib ki, Rusiya öz telekanallarının Azərbaycan ərazisində yayımlanması ilə bağlı müzakirələr aparmaq niyyətindədir. //APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR