Bank Of Baku

AŞPA Monitorinq Komitəsinin gündəliyinə dondurulmuş münaqişələrlə bağlı məsələ daxil edilib

AŞPA Monitorinq Komitəsinin gündəliyinə dondurulmuş münaqişələrlə bağlı məsələ daxil edilib
# 16 may 2007 10:48 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin noyabrda Berlində keçiriləcək iclasında dondurulmuş münaqişələrlə bağlı məsələ müzakirə oluna bilər. Bu barədə AŞPA Monitorinq Komitəsinin Skopyedə keçirilmiş iclasında ilkin qərar qəbul edilib. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Səməd Seyidov APA-ya açıqlamasında bildirib ki, Monitorinq Komitəsinin yekdilliklə bəyəndiyi məsələ AŞPA-nın yay sessiyası zamanı Monitorinq Komitəsində də müzakirə olunacaq. “Monitorinq Komitəsinin təşəbbüsü ilə təşkil olunan müzakirələr böyük əhəmiyyətə malikdir. Bu müzakirələr dünyada dondurulmuş münaqişələrlə bağlı gedən proseslərin obyektiv şəkildə işıqlandırılmasına öz kömək və töhfəsini verəcək”. Səməd Seyidov həmin müzakirələrdə Dağlıq Qarabağ münaqişəsinin əsas məsələlərdən biri kimi təqdim olunacağını söyləyib. Berlində keçirilməsi nəzərdə tutulan dinləmələrdə ölkə rəsmilərinin, media mənsublarının, millət vəkillərinin iştirakı da nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR