Bank Of Baku

AMİP qərargah problemi ilə bağlı məhkəməyə müraciət edəcək

AMİP qərargah problemi ilə bağlı məhkəməyə müraciət edəcək
# 16 may 2007 11:42 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin cavabı ilə razılaşmaq niyyətində deyil. Partiyanın sədri Ayaz Rüstəmov APA-ya açıqlamasında bildirib ki, Siyasi Şuranın növbəti iclasında partiyanın atacağı addımlar müəyyənləşəcək. Onun sözlərinə görə, dövlət komitəsi partiyaya verdiyi cavabda “Siyasi partiyalar haqqında” qanuna zidd olaraq AMİP-ə yer ayırmasından birmənalı imtina edib: “Bizə cavabda bildiriblər ki, qərargahı biz özümüz tapmalıyıq, yer sahibi ilə müqavilə bağlamalıyıq və bundan sonra komitəyə müraciət etməliyik. Bu, düzgün olmayan bir mövqedir. Cavabda qəti şəkildə deyilir ki, bu məsələni özünüz həll edin. Amma qanunvericilikdə dövlət qeydiyyatından keçmiş partiyaların qərargahla təmin edilməsi nəzərdə tutulur”. A. Rüstəmov problemin hüququ müstəvidə həll olunması üçün məhkəməyə müraciət olunacağını bildirib. Onun sözlərinə görə, artıq məhkəmə sənədləri hazırlanır və iddia hazır olduqdan sonra aidiyyəti məhkəmə orqanına təqdim ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR