Bank Of Baku

Azərbaycanla ABŞ arasında hərbi-siyasi məsləhətləşmələr 9-10 iyulda Vaşinqtonda keçiriləcək

Azərbaycanla ABŞ arasında hərbi-siyasi məsləhətləşmələr 9-10 iyulda Vaşinqtonda keçiriləcək
# 16 may 2007 11:45 (UTC +04:00)
Bu barədə APA-ya ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Conatan Henik məlumat verib. Onun sözlərinə görə, məsləhətləşmələrdə iştirak edəcək ABŞ nümayəndə heyətinin tərkibi müəyyənləşməyib. Bununla belə nümayəndə heyətinin tərkibinə ABŞ dövlət katibinin müavini Metyu Brayza və təhlükəsizlik məsələləri ilə məşğul olan yüksək vəzifəli şəxslərin daxil olacağı gözlənilir. Azərbaycan nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Araz Əzimov və bir sıra nazirliklərin nümayəndələri daxildir. Qeyd edək ki, Azərbaycanla ABŞ arasında hərbi-siyasi məsləhətləşmələr 23-25 apreldə keçirilməli olsa da, ABŞ Dövlət Departamentinin insan haqlarının vəziyyətinə dair illik hesabatında ölkəmiz əleyhinə ifadələr işlədilməsi səbəbilə təxirə salınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR