Bank Of Baku

Gələn ay Tehranda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü nəzərdə tutulur

Gələn ay Tehranda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü nəzərdə tutulur
# 16 may 2007 12:03 (UTC +04:00)
Bu barədə APA-ya diplomatik mənbələrdən məlumat verilib. Görüşdə əsas məqsəd Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinə hazırlıq işlərini müzakirə etməkdir. Xəzərin hüquqi statusuna dair Konvensiya layihəsi ilə bağlı müzakirələrin aparılacağı sammit gələn ay Tehranda keçirilə bilər. Xatırladaq ki, Xəzərin hüquqi statusu ilə bağlı layihənin hazırlanması üzrə xüsusi işçi qrupun xarici işlər nazirləri müavinləri səviyyəsində son toplantısı Aşqabadda keçirilib. Tərəflər Xəzər Konvensiyasının bir çox maddəsi üzrə razılıq əldə etsələr də , bir neçə maddə ilə bağlı fikir ayrılıqları qalmaqdadır. Azərbaycan, Rusiya və Qazaxıstan Xəzərin statusu ilə bağlı ikitərəfli və üçtərəfli sazişlər imzalayıblar, İran və Türkmənistan isə hövzənin statusuna dair yekun sənəd imzalamaqdan imtina edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR