Bank Of Baku

Sərdar Cəlaloğlu: “Rəsul Quliyev yoxdur, problem də yoxdur”

Sərdar Cəlaloğlu: “Rəsul Quliyev yoxdur, problem də yoxdur”
# 16 may 2007 15:40 (UTC +04:00)
Ədalət Partiyası ilə Demokrat Partiyasının birləşməsi üçün partiya nümayəndələri səviyyəsində danışıqlar başlayıb. Bu barədə APA-ya hər iki partiyadakı mənbələrdən məlumat verilib. Tərəflər arasında bir neçə dəfə görüş keçirildiyi, amma hələlik konkret nəticə əldə olunmadığı bildirilir. ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında bildirib ki, təkcə Ədalət Partiyası ilə yox, bir sıra müxalifət partiyaları ilə əməkdaşlıq cəhdləri var. Hələlik ortada konkret qərar olmadığı üçün mətbuata geniş məlumat verməyi gərəksiz sayan S. Cəlaloğlu siyasi proseslərin intensivləşməsindən sonra müvafiq qərarlar qəbul ediləcəyini deyib: “Ədalət Partiyası ilə birləşmək məsələsi hələ rüşeym səviyyəsində də deyil. Sadəcə, İlyas İsmayılovla münasibətlərin yenidən qurulması istiqamətində partiyamızda müəyyən cəhdlər var və bu istiqamətdə də işlər gedir. Bizim İlyas İsmayılovla əməkdaşlığımızda heç vaxt problem olmayıb. Onun ADP-dən ayrılmasına səbəb Rəsul Quliyevin davranışları idi. İndi Rəsul Quliyev ADP-də yoxdur deyə bizim əməkdaşlığımızda da heç bir problem yoxdur”. Partiyaların birləşməsi ilə bağlı fikir bildirməyin çox tez olduğunu söyləyən S. Cəlaloğlu hadisələri qabaqlamaq fikrində olmadığını vurğulayıb: “Gözləyək, lazım gəlsə birləşmək də, ayrılmaq da, blok yaratmaq da mümkündür. Amma hələlik siyasi proseslər intensivləşməyib və tələsik qərar vermək olmaz”.
Ədalət Partiyasının sədri İlyas İsmayılov isə ADP ilə birləşməklə bağlı məlumatların həqiqətə uyğun olmadığını bildirib: “Amma biz bütün müxalifət partiyaları ilə əməkdaşlıq etməyə hazırıq və bu istiqamətdə mümkün addımları atacağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR