Bank Of Baku

Mayın 23-də Bakıda “Keçid cəmiyyətlərində demokratiya” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Mayın 23-də Bakıda “Keçid cəmiyyətlərində demokratiya” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 17 may 2007 09:19 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konfransın keçirilməsində məqsəd yeni müstəqil dövlətlərdə, o cümlədən Azərbaycanda müasir demokratik inkişafın nəzəriyyə və təcrübəsinin öyrənilməsi və müzakirəsidir. Konfransda milli demokratik tranzit, müasir demokratik dalğanın nailiyyət və uğursuzluqlarının müzakirəsi, demokratik keçidin xüsusiyyətləri və qloballaşma proseslərinin ona təsiri, həmçinin keçid dövründə olan cəmiyyətlərin iqtisadi inkişafının demokratik quruluşun yaradılması ilə qarşılıqlı əlaqəsi ətrafında müzakirələr aparılacaq. Azərbaycan, rus və ingilis dillərində keçiriləcək konfransın açılış mərasimində AMEA prezidenti Mahmud Kərimovun çıxışı nəzərdə tutulur. Tədbirin ilk hissəsində Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyev, Ali İqtisadiyyat Məktəbi DU-nun professoru, postsənaye cəmiyyəti tədqiqatları Mərkəzinin direktoru, “Azad fikir XXI” (Rusiya) jurnalının baş redaktoru Vladislav İnozemtsev, Con Hopkins Universitetinin (ABŞ) Mərkəzi Asiya və Qafqaz İnstitutunun və İpək yolunun öyrənilməsi proqramının direktoru Svante Kornel, Prezident Aparatının qanunvericilik və hüquq ekspertizası şöbəsinin müdiri Şahin Əliyev, Ankara Universitetinin professoru Ergün Özbudun və Bertelsman Fondunun nümayəndəsi Kornelius Oxman mövzular ətrafında çıxışlar edəcəklər. Konfransda həmçinin Qafqaz üzrə mütəxəssis, müstəqil politoloq Mamuka Areşidze, ABŞ-ın Azərbaycanda müvəqqəti işlər vəkili Ceyson Hayland, Milli Məclisin beynəlxalq əlaqələr komissiyasının sədri Səməd Seyidov, Rusiyanın Azərbaycanda səfiri Vasili İstratov, Ukrayna Siyasi Dəyər Tədqiqatları Mərkəzinin direktoru Ales Doniy, Milli Məclisin insan hüquqları komissiyasının sədri Rəbiyyət Aslanova, müstəqil politoloq Rasim Musabəyov, Beynəlxalq Münasibətlər üzrə Moskva Dövlət İnstitutunun professoru Andrey Derqaçev, ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero Ansola, müstəqil politoloq Elxan Nuriyev, AMEA-nın İnsan Hüquqları İnstitutunun Direktoru Rövşən Mustafayev də çıxış edəcəklər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR