Bank Of Baku

ABŞ Dövlət Departamentinin saytında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan daha bir elan yerləşdirilib

ABŞ Dövlət Departamentinin saytında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan daha bir elan yerləşdirilib
# 17 may 2007 10:03 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, internet səhifəsində yerləşdirilən elanda iyunun 20-25-də “Şuşinin erməni tarixindəki rolu” adlı konfransın keçiriləcəyi bildirilib və arzu edən şəxslər bu konfransda iştiraka dəvət olunub. Elanda Azərbaycanın qədim şəhərinin adının təhrif olunması ilə yanaşı, Şuşanın ermənilərin mədəniyyət mərkəzi olması və birinci Qarabağ müharibəsi zamanı “azadlıq” hərəkatında oynadığı rol qabardılıb. ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən elanda daha bir biabırçı odur ki, bu tədbiri təşkil edənlər arasında qondarma “Dağlıq Qarabağ Respublikası”nın “təhsil naziri” Kamo Atayanın və “Artsax Dövlət Universitetinin rektoru” Hamlet Qriqoryanın da adları göstərilib. Azərbaycanın Amerikada Təhsil Almış Tələbələr Assosiasiyası artıq saytın redaktorlarına etiraz məktubu ilə müraciət edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR