Bank Of Baku

Macarıstanın xarici işlər naziri bu gün Bakıya gəlir

Macarıstanın xarici işlər naziri bu gün Bakıya gəlir
# 17 may 2007 10:05 (UTC +04:00)
Macarıstanın xarici işlər naziri Kinq Gents bu gün axşam Bakıya gəlir. XİN-in Mətbuat Mərkəzinin rəhbəri Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, üç günlük səfər zamanı qonaq Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, baş nazir Artur Rəsizadə, iqtisadi inkişaf naziri Heydər Babayev, sənaye və energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslərlə görüşəcək. Bundan başqa, nazir Şəhidlər Xiyabanını, Heydər Əliyevin məzarını ziyarət edəcək, İçərişəhərə baş çəkəcək. Aparılacaq danışıqlarda siyasi, iqtisadi, enerji sahələrində, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli əlaqələr müzakirə olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR