Bank Of Baku

AMİP İran səfirliyinin binası qarşısına təyin etdiyi aksiyanın vaxtını dəyişib

AMİP İran səfirliyinin binası qarşısına təyin etdiyi aksiyanın vaxtını dəyişib
# 17 may 2007 10:36 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) mayın 26-da İran səfirliyinin binası qarşısına təyin etdiyi aksiyanın vaxtını dəyişib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat verilib. Mayın 26-nın şənbə gününə düşdüyünü nəzərə alan AMİP rəhbərləri aksiyanı bir gün əvvəl - mayın 25-də keçirmək qərarı veriblər. Aksiya ilə bağlı partiya rəhbərliyi bu gün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Piketdə 50 nəfərin iştirakı nəzərdə tutulub. Aksiya zamanı Güneydə yaşayan azərbaycanlıların hüquqlarının qorunması, onlara ana dilində təhsil almaq hüququ verilməsi və həbs olunmuş hərəkat üzvlərinin azad edilməsi tələb olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR