Bank Of Baku

Beynəlxalq Böhran Qrupunun Qafqaz layihəsinin direktoru mayın 21-də Azərbaycana gəlir

Beynəlxalq Böhran Qrupunun Qafqaz layihəsinin direktoru mayın 21-də Azərbaycana gəlir
# 17 may 2007 12:53 (UTC +04:00)
BBQ-nın Bakı nümayəndəsi Vüqar Qocayevin APA-ya verdiyi məlumata görə, layihə rəhbəri ilə birlikdə qurumun Qafqaz üzrə analitiki Kleir Belessart da Azərbaycana gələcək. Layihə direktoru təyin olunandan sonra Bakıya ilk səfərini edəcək xanım Friçeva Azərbaycan rəsmiləri, Bakıda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, yerli qeyri-hökumət təşkilatları və müstəqil ekspertlərlə görüşlər keçirəcək. Səfər həm tanışlıq xarakteri daşıyır, həm də M. Friçeva Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BBQ-nin hazırladığı hesabatla əlaqədar araşdırmalar aparacaq. M. Friçeva Bakıda 2 gün qalacaq, Belessart isə hələ bir müddət tədqiqatlarını davam etdirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR