Bank Of Baku

Əhməd Orucun Kərəm Həsənov barəsində şikayətinə baxılıb

Əhməd Orucun Kərəm Həsənov barəsində şikayətinə baxılıb
# 17 may 2007 13:14 (UTC +04:00)
Xətai Rayon Məhkəməsində Azadlıq Partiyasının sədri Əhməd Orucun Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov barəsində şikayətinə baxılıb. Ə. Oruc APA-ya bildirib ki, hakim Rauf Əhmədov Dövlət Komitəsinin işə İqtisad Məhkəməsində baxılması barədə vəsatətini təmin etməyib. Dövlət Komitəsi hakimin qərarından apellyasiya şikayəti verib. Dövlət Komitəsinin bu addımını qanunsuz hesab edən Ə. Oruc məhkəməyə etiraz təqdim etdiyini söyləyib. Partiya sədrinin sözlərinə görə, Azadlıq Partiyasının qərargahla təmin olunması ilə bağlı Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə dəfələrlə müraciət etməsinə baxmayaraq, dövlət qurumu partiyaya qərargah üçün heç bir təklif etməyib. Ə. Oruc mövqeyində israrlı olduğunu və lazım gələrsə, İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət edəcəklərini də vurğulayıb: “Azadlıq Partiyası dövlət qeydiyyatına alınan partiyadır və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi partiyanı qərargahla təmin etməyə borcludur”. Xatırladaq ki, Ə. Oruc Dövlət Komitəsinin sədri Kərəm Həsənovu vəzifə səlahiyyətlərini icra etməməkdə ittiham edərək, onu məhkəməyə verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR