Bank Of Baku

Azərbaycan Yolu Siyasi Hərəkatının Ağcabədidən Bakıya doğru keçirmək istədiyi yürüşə icazə verilməyib

Azərbaycan Yolu Siyasi Hərəkatının Ağcabədidən Bakıya doğru keçirmək istədiyi yürüşə icazə verilməyib
# 17 may 2007 13:48 (UTC +04:00)
Azərbaycan Yolu Siyasi Hərəkatının (AYSH) Qarabağ bölgəsi üzrə Regional Mərkəzinə daxil olan rayon təşkilatlarının Laçının işğalının 15-ci ildönümü ilə bağlı Ağcabədidən Bakıya doğru keçirmək istədikləri yürüşə icazə verilməyib. AYSH-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları bu gün təşkilatın yerli qərargahını mühasirəyə alaraq aksiyanı əngəlləyiblər. Ötən gün isə rayon Polis Şöbəsinin rəis müavini Təvəkkül Hüseynov, rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Bulud Quliyev AYSH-nin yerli qərargahına gələrək, yürüşə icazə verilmədiyi haqda təşkilat üzvlərini məlumatlandırıblar. Səbəb kimi məktubun səhv yazıldığı göstərilib. Ancaq T. Hüseynov APA-ya açıqlamasında polisin müdaxiləsi ilə bağlı yayılan məlumatın doğru olmadığını deyib. Onun sözlərinə görə, AYSH-nın yürüş keçirmək haqda rayon İcra Hakimiyyətinə ünvanladığı məktuba iki gün öncədən mənfi cavab verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR