Bank Of Baku

Qubada ermənilərin Azərbaycanda törətdiyi soyqırımla bağlı elmi-praktik konfrans keçirilib

Qubada ermənilərin Azərbaycanda törətdiyi soyqırımla bağlı elmi-praktik konfrans keçirilib
# 05 iyun 2007 13:08 (UTC +04:00)
APA əməkdaşının Qubadan verdiyi məlumata görə, konfransı giriş sözü ilə Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov açıb. Y. Mahmudov çıxışında Qubada ermənilərin törətdiyi qətliamlar nəticəsində yaranan və son vaxtlar aşkar edilən toplu məzarlıqlara ölkənin başqa ərazilərində də rast gəlindiyini bildirib. O, qeyd edib ki, 1918-ci il mayın 1-dən 10-a kimi rus-bolşevik-erməni ordusu Qubada iki minə yaxın uşaq və qadını qılıncdan keçirib. Y.Mahmudov soyqırımla bağlı faktları dünyaya çatdırmaq üçün kütləvi məzarlıqdan götürülən nümunələr əsasında aparılan ekspedisiyanın nəticələrinin tezliklə açıqlanmasının vacibliyindən söz açıb. Millət vəkili çıxışında Qubada tapılan kütləvi məzarlığın mühafizə olunmasını, eləcə də soyqırım qurbanlarının xatirəsinə abidə qoyulmasının zəruriliyini bildirib. Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova çıxışında ilkin tədqiqatlardan sonra ölkə rəhbərliyinə 13 maddədən ibarət müraciət qəbul olunduğunu, müəyyən avadanlığın alınması üçün dövlət tərəfindən 93 min manat həcmində vəsait ayrıldığını qeyd edib. Quba rayon prokuroru Kərimağa Tağıyev Baş Prokurorluğun tapşırığı ilə ermənilərin Qubada törətdiyi əməllərlə bağlı istintaq aparıldığını bildirib. Quba Rayon İcra Hakimiyyətinin başçısı Arzuman Əliyev çıxışında Quba-Qusar arasında yerləşən “Qanlı dərə” adlanan ərazidə 1918-ci ildə ermənilərin 3500-yə yaxın ləzgi və yəhudini də qətlə yetirdiyini iştirakçıların diqqətinə çatdırıb. Elmi ekspedisiyanın nümayəndələri hazırda rayon ictimaiyyəti ilə görüşlər keçirir. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR