Bank Of Baku

Hüseyn Paşayev: “YAP-da üzvlük haqlarının artırılması ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil”

Hüseyn Paşayev: “YAP-da üzvlük haqlarının artırılması ilə bağlı yayılan məlumatlar həqiqətəuyğun deyil”
# 05 iyun 2007 13:36 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasında (YAP) üzvlük haqlarının artırılması ilə bağlı yayılan məlumat həqiqətəuyğun deyil. Bunu APA-ya açıqlamasında partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib. Onun sözlərinə görə, partiyada üzvlük haqqı 50 qəpik məbləğində müəyyənləşib. O, partiyadakı statusundan asılı olmayaraq, bütün üzvlərin məhz 50 qəpik üzvlük haqqı ödədiklərini söyləyib. Mətbuat xidmətinin rəhbəri tələbələrin, aztəminatlı ailələrin, təqaüdçülərin və məcburi köçkünlərin üzvlük haqqından azad olduğunu da qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR