Bank Of Baku

AXCP növbəti qurultayı payızda keçiriləcək

AXCP növbəti qurultayı payızda keçiriləcək
# 05 iyun 2007 15:51 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) növbəti qurultayına hazırlıq məqsədi ilə yay aylarında rayon təşkilatlarının konfransları keçiriləcək. AXCP sədrinin müavini Həsən Kərimovun APA-ya verdiyi məlumata görə, artıq rayon təşkilatları konfranslara hazırdır və bu günlərdə yerli təşkilatlar toplantılara başlayacaqlar. H. Kərimov qurultayın payızda keçirilməsinin nəzərdə tutulduğunu, konkret vaxtın isə konfranslar başa çatdıqdan sonra müəyyənləşəcəyini deyib. Toplantının harada keçiriləcəyinə gəldikdə, sədr müavini bununla bağlı şəhər rəhbərliyinə müraciət edəcəklərini deyib: “Biz qurultayımızı keçirmək üçün böyük zallardan birinin ayrılmasını istəyəcəyik. Əgər yer verilməsə, biz qurultayı hər hansı partiyanın qərargahında keçirə bilmərik. Çünki qurultayda 700-dən artıq nümayəndənin iştirak etməsi nəzərdə tutulub. Müxalifət partiyalarının qərargahlarındakı zallar isə bu qədər nümayəndənin iştirakı ilə toplantı keçirilməsi üçün kiçikdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR