Bank Of Baku

ADP İdarə Heyətinin qurultaydan sonra ilk iclası keçirilib

ADP İdarə Heyətinin qurultaydan sonra ilk iclası keçirilib
# 05 iyun 2007 16:12 (UTC +04:00)
Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin qurultaydan sonra ilk iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, təşkilati məsələ və qurultaydan sonra partiya qarşısında duran vəzifələrlə bağlı müzakirə aparılıb. Müzakirələr zamanı son günlər Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış vəziyyətə münasibət bildirən İH üzvləri münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməsini vacib sayıblar. Eyni zamanda toplantı iştirakçıları Qarabağ münaqişəsinin ATƏT-in təklif etdiyi paket variantı ilə həllinin yenidən gündəmə gəlməsindən narahatlıqlarını bildiriblər: “ATƏT BMT-nin mandatı əsasında münaqişənin həllində fəaliyyət göstərdiyi halda BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrə zidd mövqe nümayiş etdirir. Dağlıq Qarabağda hər hansı referendumun keçirilməsi Konstitusiyaya ziddir”. Təşkilati məsələlərlə bağlı müzakirələr zamanı qurultaydan sonra rəhbər orqanların formalaşdırılması müzakirə edilib, təyinatların təsdiqi və Ali Məclisin rəhbər orqanlarının formalaşdırılması üçün iyunun 23-də Ali Məclisin ilk sessiyasının keçirilməsi barədə qərar qəbul edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR