Bank Of Baku

Ramil Usubov Vladimir Ruşaylonu qəbul edib

Ramil Usubov Vladimir Ruşaylonu qəbul edib
# 05 iyun 2007 17:04 (UTC +04:00)
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin sədri Vladimir Ruşaylonu qəbul edib. Nazirlikdən APA-ya daxil olan məlumata görə, R. Usubov V. Ruşayloya Azərbaycanda cinayətkarlıqla mübarizə, ictimai qayda və ictimai təhlükəsizliyin qorunması sahəsində görülən işlər, polis fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və təkmilləşdirilməsi, hüquqi islahatların həyata keçirilməsi, cinayət qanunvericiliyinin humanistləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. V. Ruşaylo MDB-nin İcraiyyə Komitəsinin tərkibində bir sıra islahatların, həmçinin mütəşəkkil cinayətkarlığın müxtəlif növləri ilə mübarizədə dövlətlərarası proqramların həyata keçirildiyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR